ŞİRKƏT HAQQINDA

Şəhərimizdə tikilmiş bir çox yüksək mərtəbəli yaşayış və inzibati binalarında müasir tələblərə uyğun sərnişin və yük liftləri “REAL-3” müəssisəsinin ixtisaslaşmış kadrları tərəfindən quraşdırılmışdır və həmin liftlərə müəssisənin təcrübəli elektromexanikləri yüksək səviyyədə lazımi texniki xidmət göstərir. “REAL-3” müəssisəsi 01.10.1999-cu il tarixindən RF-nin “Şerbinka lift zavodu” ASC-nin rəsmi nümayəndəliyi kimi fəaliyyət göstərir və bunu təsdiq edən sertifikatını almışdır. Tərəflər arasında bağlanmış nümayəndəlik haqqında müqaviləyə əsasən “REAL-3” müəssisəsi “Şerbinka lift zavodu” ASC-nin istehsalı olan lift avadanlığının Respublikamıza gətirilməsini, quraşdırılmasını və xidmətini təmin edir. Respublikamızda tikinti sektorunun inkişafı ilə əlaqədar olaraq “REAL-3” müəssisəsinin fəaliyyət sahəsi də genişlənməkdədir. 

DƏSTƏK


CANLI ÇAT
CANLI ÇAT